Araz FM-in aparıcısı Aygün Akifin evinə oğrular girib. SİA-nın məlumatına görə, bu haqda o, özü sosial şəbəkədə yazaraq, evinin fotolarını paylaşıb: "Günün gündüz çağı evimə basqın edib nə var, nə yox talayıb aparıblar. Polis və əməliyyatçılar gözləyir ki, vicdansız evdəkilərin başını kəssin. Bu il ikinci dəfədir evimizi bu hala salırlar.
Vallah, çox “rahat” və “hüzurlu” yatırıq. Sabah səsimiz gəlməsə, bilin ki, bizi öldürüblər. Sabaha çıxmağa ümidim yoxdur. Buna dözə bilmədim və paylaşdım. Vurulan maddi ziyan nə zamansa geri qayıdacaq. Amma mənim valideynim bir daha əvvəlki kimi olmayacaq”.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB