Sabirabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Azadkənd kəndində qeydə alınıb.
Neftçala rayon sakini Ələkbərov Ağahüseyn Ələkbər oğlu idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxaninəyi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB