Gəncədə evdən qadın meyiti tapıldı

Gəncədə evdən qadın meyiti tapıldı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. SİA-nın FHN-in rəsmi saytına istinadən məlumatına görə, çağırış ünvanına cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü İmanova Siyarə Həsən qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə