Türkiyənin Bitlis bölgəsində həyata keçirilən qazıntı işləri zamanı torpağın altından çıxarılan insan sümükləri görənləri təəccübləndirib. SİA-nın məlumatına görə, Mutki mahalında ölkə prokurorluğunun təlimatı ilə boş bir ərazidə başladılan qazıntı işləri zamanı yerin altından insan sümükləri tapılıb.
Prokurorluğun səlahiyyətli nümayəndəsi məsələ ilə əlaqədar açıqlaması zamanı bildirib ki, qazıntı işləri mahal sakinlərinin müraciəti üzrə başladılıb: "Bir müddət əvvəl yaxınları itkin düşmüş bəzi ailələr müəyyən ərazilərdə qazıntı aparmağımız üçün bizə yazılı formada müraciət etmişdilər. Buna əsasən, Prokurorluğun qərarı ilə Mutki-Kavakbaşı yolundan 1 kilometr məsafədə boş bir ərazidə tədqiqat xarakterli qazıntı işləri başladılıb".
Səlahiyyətlinin sözlərinə görə, ilkin mərhələdə torpağın çəx dərin olmayan qatlarından insan sümükləri tapılıb. 8 ayrı insana aid olduğu ehtimal edilən sümüklər mütəxəssislər tərəfindən müəyyənləşdirilmək məqsədilə Tibbi Ekspertiza Mərkəzinə göndərilib.
Qeyd edək ki, araşdırmaların davam etdiyi bölgəyə mətbuat nümayəndələrinin girişi hələlik qadağan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB