Növbəti 20 yaşlı selfi "qurbanı"

Növbəti 20 yaşlı selfi "qurbanı"

20 yaşlı oğlan İrlandiyanın qərbində selfi çəkərkən Moher uçurumundan yıxılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkə polisi şahidlərin ifadələri əsasında hadisəni faciəvi, bədbəxt hadisə kimi qiymətləndirib. Çünki şahidlər oğlanın şəkil çəkdirərkən uçurumdan yuvarlandığını bildiriblər. Oğlanın Dublində təhsil aldığı amma Hindistan vətəndaşı olduğu müəyyənləşib.

Qeyd edək ki, uçurumun hündürlüyü - təxminən 120-214 metr arasındadır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə