Xaçmazda ölümlə nəticələnən yo qəzası baş verib

Xaçmazda ölümlə nəticələnən yo qəzası baş verib

Yanvarın 4-də Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Magistralda hərəkətdə olan 27-BX-591 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil yolu keçən Qusarçay kənd sakini Xavər Cəfərovanı vurub. Yaşlı qadın hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə