Rusiyada partlayış nəticəsində ölənlərin sayı 37-yə çatdı

Rusiyada partlayış nəticəsində ölənlərin sayı 37-yə çatdı

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ölənlərin 6-nın uşaq olduğu bildirilir.

Qeyd edək ki, hadisdə dekabrın 31-də baş verib. Qaz sızması nəticəsində baş verən partlayış nəticəsində onmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə