Qatar qəzaya uğrayıb 6 ölü

Danimarkada qatar qəzaya uğrayıb. SİA-nın xəbərinə görə, hadisə nəticəsində 6 nəfər ölüb. Qəza Fyun və Zelandiya adalarını birləşdirən körpüdə baş verib. Qəza səbəbindən hər iki ada ilə əlaqə kəsilib. Bölgədə güclü fırtına müşahidə olunur. Ona görə də xilasedicilərin hadisə yerinə çatmasında çətinlik yaranıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə