Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, ötən gecə saat 23:30 radələrində Şağan qəsəbəsində avtomobil yaşlı kişini vurub.
Hadisə nəticəsində xəsarət alan piyada 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildiriblər ki, xəsarət alan şəxs 1955-ci il təvəllüdlü Natiq Kamil oğlu Məmmədovdur. Qeyd olunub ki, bədəninin müxtəlif nahiyələri əzilsə də, həyatı üçün heç bir təhlükə yoxdur və müayinədən sonra evə buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB