Goranboyda avtomobil piyadanı vurub

Goranboyda avtomobil piyadanı vurub

Bakı-Qazax avtomobil yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Goranboy rayonunun Dəliməmmədli şəhər ərazisində qeydə alınıb.

Yolun qarşı tərəfinə keçmək istəyən 1962-ci il təvəllüdlü Ziyad Mehdiyevi avtomobil vurub. Yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Bir müddət əvvəl də Goranboy rayonunda avtomobil piyadanı vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə