Saatlı rayonunda yol qəzası baş verib. SİA-nın məlumata görə, hadisə rayonun Nabatkənd kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Rövşən Elşad oğlu Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək su kanalına aşıb. Nəticədə sürücü hadisə yerində boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB