Mingəçevirdə 8 nəfər pirotexniki vasitələrdən xəsarət alıb

Mingəçevirdə 8 nəfər pirotexniki vasitələrdən xəsarət alıb

Mingəçevir şəhərində bayram axşamı 8 nəfər pirotexniki vasitələrdən istifadə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hər bir yaralıya lazımi tibbi yardım göstərilib. Ümumilikdə, şəhər ərazisində bayram günü yüzdən çox həkim çağırışı qeydə alınıb. Müraciətlər arasında 3 faiz ürək, 11 faiz baş ağrıları, 12 faiz sinir, 2 faiz xərçəng xəstəliyi, 7 faiz respirator, 33 faiz təzyiq, 3 faiz mədə-bağırsaq və 4 faiz hərarətin qalxması kimi problemlər yer alıb. Bundan əlavə, iki nəfər sakin bayram axşamı dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə