Yük maşını minik maşını ilə toqquşub

Yük maşını minik maşını ilə toqquşub

Ağdaşda yük maşını minik maşını ilə toqquşub. SİA xəbər verir ki, hadisə Ləki-Xınaxlı avtomobil yolunda baş verib.

Belə ki, Kotavan kənd sakini Məhbuz Məmmədovun idarə etdiyi “Mersedes” markalı minik maşını Ağzıbir kənd sakini Cahid Məhərrəmovun idarə etdiyi “QazEl” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində “Mersedes”in sürücüsü Məbuz Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə