Saatlıda ağır yol qəzası baş verib

Saatlıda ağır yol qəzası baş verib

Saatlı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Mollaəvəzli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1979-cu il təvəllüdlü Həsənov Nəsimi Şükür oğlu idarə etdiyi “Hundai” markalı avtomobil ilə hərəkətdə olarkən“Mercedes” markalı maşınla toqquşub. Nəticədə “Hundai”ın sürücüsü, eləcə də Beyləqan rayonunun 1982-ci il təvəllüdlü Aşağı Çəmənli kənd sakini Ağayev Elman Əliağa oğlu, Füzulinin Balabəhmənli kənd sakinləri - 1988-ci il təvəllüdlü Məmmədov Anar Bağalı oğlu və 1996-cı il təvəllüdlüZöhrablı Sənan Seymur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N.Həsənovun vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Onun Saatlı Rayon Mərkəzi Xəstəxanasında həkim – nevropatoloq işlədiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə