Yevlax rayonunda yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qoyunbinəsi kəndində qeydə alınıb.
Hərəkətdə olan "Volkswagen" markalı avtomobilin idarəetmədən çıxaraq, yol kənarındakı arxa düşməsi nəticəsində 1 nəfər, Samux rayon sakini, 1997-ci il təvəllüdlü Elvin Mehdiyev xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə zamanı avtomobildə olan digər 3 nəfər xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır. Daha əvvəl Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB