Bulvarda bir nəfər dənizə düşüb

Bulvarda bir nəfər dənizə düşüb

Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb. Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə