Gəncədə sexdə partlayış olub Xəsarət alan var

Gəncədə sexdə partlayış olub Xəsarət alan var

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 30 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) içərisində “VAZ” markalı minik avtomobilinin yanacaq çənində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış baş verib.

SİA FHN verilən xəbərə görə, yanğın nəticəsində tikilidə olan avtomobil ehtiyyat hissələri və 1 ədəd oturacaq yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı avtomobil və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə