Bakı metrosunda ölüm hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə bu gün 16:25 radələrində metronun “28 May” stansiyasında baş verib. Belə ki, Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Nazim Əhmədov qatar gözləyən zaman qəfildən yerə yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Amma onun həyatını xilas etmək mümkün olmayıb.
Həmin şəxsin ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB