Bakı metrosunda 78 yaşlı kişi öldü - FACİƏ

25 Dekabr 2018 17:47 (UTC+04:00)

Bakı metrosunda ölüm hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə bu gün 16:25 radələrində metronun “28 May” stansiyasında baş verib. Belə ki, Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Nazim Əhmədov qatar gözləyən zaman qəfildən yerə yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

Həmin şəxsin ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.