Bakıda binada yanğın

Bakıda səhər saatlarında yanğın faktı qeydə alınıb. SİA-ya FHN-dən verilən məlumata görə, paytaxtın Nizami rayonunda üçmərtəbəli binanın 2-ci mərtəbəsində 1 ədəd məişət avadanlığı yanıb.

Məlumata görə, bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə