İmişlidə avtomobil sərxoş piyadanı vurub

İmişlidə avtomobil sərxoş piyadanı vurub

İmişli rayonunda avtomobil piyadanı vurub. “Report”un Aran bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Göbəktala kəndində qeydə alınıb.

Belə ki, Rafiq adlı şəxs yolu keçmək istəyən zaman avtomobil onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Piyadanın sərxoş vəziyyətdə olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə