Nəsimi RPİ 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Əhmədov Cavadxan küçəsində cibindən 500 manatının oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB