Yol qəzasında xəsarət alan qadın ölüb

Yol qəzasında xəsarət alan qadın ölüb

Quba rayonunda yol qəzasında xəsarət alan qadın ölüb. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə bu il noyabrın 28-də qeydə alınıb. Belə ki, 1960-cı il təvəllüdlü Səhər Hacıyevanın müalicəsinin davam etdirilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Quba-Qusar yolunun rayonun Qırmızı Qəsəbə ərazisindən keçən hissəsində MAN markalı yük avtomobili qarşıdan gələn "Lada-Priora" markalı minik maşınının üstünə çıxıb. Nəticədə "Lada" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər ağır dərəcəli bədən xəsarətləri alıblar.Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə