Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini E.Hüseynova tanımadığı şəxsin Mətbuat prospektində küt alətlə ona xəsarət yetirərək içərisində pulu, 2 ədəd yaddaş kartı və sənədləri olan çantasını aldığını bildirib.
DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Məcid İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB