Neftçala rayonunun Qaravəlli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, dekabrın 4-də saat 18 radələrində Neftçala rayonunun Qaravəlli kəndi ərazisində şəhər sakini Vasif Qurbanov idarə etdiyi “VAZ-21214” markalı avtomobili qarşıda gedən Bankə qəsəbə sakini Bəğəli Şirinovun idarə etdiyi “T-28” markalı traktora, sonra isə Xıllı qəsəbə sakini Şahmar Ələkbərovun idarə etdiyi “Mitsubishi” markalı avtomobilə vurub.
Nəticədə V.Qurbanov hadisə yerində ölüb. Neftçala RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB