Ağsuda su xətlərinə quraşdırılmış avadanlığın bir hissəsini oğurlamaq istəyən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 1-də Ağsu şəhəri ərazisində əhalinin su ilə təchiz edən xəttə quraşdırılmış avadanlığın alüminiumdan olan hissələrini çəkiclə sındırıb oğurlamağa cəhd göstərən şəxs Kürdəmir Rayonlararası Mühafizə Bölüyünün əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Ağsu Rayon Polis Şöbəsinə təhvil verilən şəxsin Ağsu şəhər sakini Mahir Məmmədov olduğu müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB