4 otaqlı yanğın
Bakıda yanğın qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində 5 m² sahədə mebel və 1 ədəd məişət avadanlığı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə