Sumqayıtda əsən güclü külək ağacı məktəblinin üzərinə aşırıb. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Kottec adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Aysun Məcidova təhsil aldığı 9 saylı tam orta məktəbdən evə qayıdarkən güclü külək nəticəsində üzərinə ağac aşıb. O, xəsarət alıb. A.Məcidova Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB