Sumqayıtda qadınların içində pul və qızıl olan çantasını oğurlayan şəxs saxlanılıb. SİA-nın verdiyi xəbərə görə, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Nəsibovanın içərisində 700 manat, 500 ABŞ dolları və sənədlər olan çantasını oğurlamaqda şübhəli bilinən şəhər sakini Zaur Rzayev tutulub.
Ətrafında aparılan tədbirlərlə onun daha bir qadının içərisində 285 manat, 1 ədəd qızıl üzük, mobil telefon və sənəd olan çantasını və digər şəxsin mobil telefonunu oğurlaması da müəyyən edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB