Şəki rayonunda yol qəzası baş verib. “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Göyçay rayon sakini, 1950-ci il təvəllüdlü Arif Rüstəm oğlu Rüstəmovun idarə etdiyi “VAZ-21015” markalı minik avtomobil Şəki rayon sakininin idarə etdiyi traktorla toqquşub. Nəticədə minik maşınının sürücüsü Arif Rüstəmov, onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Solmaz Soltanəhməd qızı Rüstəmova və oğlu, 1994-cü il təvəllüdlü Rüstəm Arif oğlu Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB