Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib. "Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin Bakı prospekti, ev 41/5 ünvanında qeydə alınıb.
Yanğın ümumi sahəsi 150 kvadratmetr olan 4 otaq və 1 mətbəxdən ibarət kürsülü evin 12 kvadratmetrlik otağında çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 12 əməkdaşı cəlb olunub. Nəticədə ev sahibəsi Bəyim Əlirza qızı Rəhimovanın yanmış meyiti yataq otağında tapılıb. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB