Yanacaqdoldurma məntəqəsində partlayış olub

Yanacaqdoldurma məntəqəsində partlayış olub

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həkimlər rayon mərkəzi xəstəxanasına çatdırılan yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə