Türkiyədə körpü uçub

Türkiyədə tikintisi davam edən körpü uçub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kocaeli vilayətində qeydə alınıb. Xəsarət alan 3 nəfər xəstəxanaya aparılıb. Dağıntılar altında 5 işçinin qaldığı bildirilir. Əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə