Kürdəmir rayonunda yol qəzası baş verib. "Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Xirdapay kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Əli Sahib oğlu Abbasovun idarə etdiyi "KIA Rio" markalı avtomobil yol kənarındakı su kanalına düşüb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü boğularaq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB