İranın Kirmənşah əyalətində zəlzələ qurbanlarının sayı 550 nəfərə çatıb. SİA bu barədə İran mətbuatına istinadən məlumat verir.
Bundan əvvəl Gilyanqərb, Qəsr-e-Şirin və Sere-Pole-Zöhabdan zərərçəkənlərin sayının 361 olduğu bildirilirdi.
Qeyd edək ki,Kermanşahda zəlzələdən sonra 20-dən çox yeraltı təkan qeydə alınıb. Zəlzələdən zərər çəkən ərazilərə 23 operativ qrup göndərilib.
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, bazar günü İran-İraq sərhədində 6.3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentrrinin Bağdaddan 150 kilometr şimal-şərqdə və Sere-Pole-Zöhab şəhərindən 37 kilometr məsafədə qeydə alınıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB