Cəlilabadda minik maşını su kanalına düşüb

Cəlilabadda minik maşını su kanalına düşüb

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, məlumatına görə, rayonun Albalan kəndi ərazisində idarəetməni itirən "Chevrolet" markalı minik avtomobili yaxınlığındakı su kanalına düşüb. Hadisə nəticəsində Sadatlı kənd sakinləri - 1958-ci il təvəllüdlü sürücü Eynullayev Təvəkkül Mehdi oğlu və 1991-ci il təvəllüdlü sərnişin Eynullayev Sahib Sabir oğlu xəsarət alıb. Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır. Bundan əvvəl Samux rayonunda yol qəzası baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə