Balakən rayonunun Hənifə kəndində yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin tavanı 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB