Travmatologiya İnstitutunun köhnə binasında yanğın baş verib-YENİLƏNİB-FOTOSLAYD

Travmatologiya İnstitutunun köhnə binasında yanğın baş verib-YENİLƏNİB-FOTOSLAYD
Bu saatlarda Ü.Hacıbəyov 5 ünvanında (Travmatologiya İnstitutunun köhnə binası) yanğın baş verib. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın 3 mərtəbəli binanın damında baş verib. Hadisə yerinə hazırda FHN 13 yanğınsöndürmə maşını gəlib. Yanğınsöndürmə işləri davam edir. Yanğın artıq 30 dəqiqədir ki, davam edir. Hadisə yerinə FHN müavini Etibar Mirzəyev də gəlib. Hadisənin təfərrüatları barədə bir neçə dəqiqə sonra məlumat verəcəyik.

Qeyd edək ki, yanğının episentrinə yaxın yerlərdə 130 saylı uşaq bağçası və çoxlu sayda ticarət obyektləri yerləşir.

Hazırda yanğınsöndürmə maşınlarında su olsa da bu güclü yanğının söndürülməsinə kifayət etmədi. Ancaq Səbail rayon Su İdarəsinə aid su xətlərinə lazımi qədər su verilmədiyindən çətin vəziyyət yaranıb. Yanğın davam edir.

FHN-in yanğınsöndürmə maşınları xüsusi qurğular vasitəsi ilə binanın bir hissəsini sökərək içəri daxil olublar. Binanın digər hissəsində yanğın davam edir.

Hazırda içəridə qalmış bir qadın və bir kişini FHN əməkdaşları binadan çıxardılar. Sakinlər evlərini boşaltmaqla məşğuldurlar. Bir nəfər qoca qadının isə avadanlıqları və dərmanları içəridə qaldığına görə halı pisləşdi. FHN-in xilasediciləri yaşlı qadına yardım edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə