Ödəmə terminalını oğurlayan 3 nəfər tapılıb

Ödəmə terminalını oğurlayan 3 nəfər tapılıb

Abşeron rayonu ərazisindəki mağazaların birindən pul, tütün məmulatı və orada quraşdırılmış ödəmə terminalını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-dən SİA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 17-də rayon ərazisindəki mağazaların birindən 180 manat pul və tütün məmulatı, habelə orada quraşdırılmış içərisində 1000 manat pul olan ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev, Tovuz rayon sakini Toğrul Pənahov və Göyçay rayon sakini Qalib Abdullayev saxlanılıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə