Gəncə şəhərində silsilə oğurluq edən şəxs saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Kəpəz (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin sentyabr-oktyabr ayları ərzində Gəncə şəhəri ərazisində bir evdən 90 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyasını, dörd avtomobildən pul, maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Əli Əzizov saxlanılıb.
Faktla bağlı araşdrıma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB