Qaçırdığı maşını ağaca vurdu və xəstəxanalıq oldu

Qaçırdığı maşını ağaca vurdu və xəstəxanalıq oldu

Noyabrın 21-də Şəki şəhəri ərazisindən Çələbixan qəsəbə sakini Taleh Hüseynova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb. DİN-dən SİA-ya verilən məlumata görə, Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla nəqliyyat vasitəsinin şəhər sakini Təbriz Eyvazov tərəfindən qaçırılması və idarə edərkən onu yol kənarındakı ağaca vurması müəyyən edilib.

T.Eyvazov xəstəxanaya yerləşdirilib.

ŞRPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə