Kaliforniyada meşə yanğını 44 can aldı

Kaliforniyada meşə yanğını 44 can aldı

ABŞ-ın Kaliforniya ştatında onlarla təbiət yanğını 44 nəfərin ölümünə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölüm hallarının böyük əksəriyyəti dövlətin şimalında, paytaxtdan təxminən 150 km məsafədə yerləşən Butte əyalətində qeydı alınıb. Burada yanğının sahəsi 450 kvadrat kilometr ərazini əhatə edir. Yanğının 25 faizini lokallaşdırmaq mümkün olub.

Əyalətin rəsmisi keçirilən mətbuat konfransında noyabrın 13-də iki şəhərin ərazisində 13 nəfərin cəsədinin tapıldığını bildirib. Bununla da ölənlərin sayı 44-ə çatıb. İndiyədək 4 qurbanın kimliyi müəyyən edilib.

Qeyd edək ki, yanğınla əlaqədar olaraq, Kaliforniya ərazisində fövqəladə vəziyyət elan edilib. ABŞ prezidenti Donald Tramp yanğınla mübarizəyə qarşı federal büdcədən əlavə vəsait ayrılmasını əmr edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə