Hadisə yerindən qaçan sürücü saxlanılıb DİN

Hadisə yerindən qaçan sürücü saxlanılıb DİN
Bakıda yol qəzası törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də 40-45 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan yayınan "Ford Transit" markalı avtomobilin sürücüsü Hövsan qəsəbə sakini Ağasadiq Hacıyev müəyyən edilərək saxlanılıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə