7 min tikilini məhv edən meşə yanğını

7 min tikilini məhv edən meşə yanğını
Kaliforniya əyalətinin şimalında Meşə Kampının yanması ştatın tarixində ən dağıdıcı hadisəyə çevrilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğın həftənin 4-cü günündən başlayıb və hazırkı məlumata görə, hadisə qurbanlarının sayı 9-a çatıb.

Yanğının 36 min hektardan çoxu ərazini əhatə etdiyi və təxminən 7 min tikilini məhv etdiyi bildirilir.

Qeyd edək ki, indiyədək ştatın tarixində ən dağıdıcı hadisə 2017-cxi ildə 15 min hektarı və 5.5 min tikilini məhv edən Tubbs yanğını olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə