Xəstəxanada ölən qadının həyat yoldaşı prokurorluğa müraciət edib
Qax rayonunda şəkərli diabet xəstəsi xəstəxanada dünyasını dəyişib. SİA-nın məlumatına görə, hadisə noyabrın 1-də baş verib. Rayonun Güllük kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədova Tamam Qurban qızı həmin tarixdə insulit və şəkərli diabet xəstəliyi ilə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib.
Qadının həyat yoldaşı Məmmədov Mais Hacıməmməd oğlu mərhumun ölümündə xəstəxananın tibbi personalını günahlandırıb və faktla bağlı rayon prokurorluğuna müraciət edib.
Müraciət əsasında meyit məhkəmə-tibb ekspertizasında daxili müayinə olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB