Qohumların torpaq üstündə mübahisəsi qanla nəticələnib

Qohumların torpaq üstündə mübahisəsi qanla nəticələnib

Lənkəranda qonşular arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. İşi araşdıran Rayon Polis Şöbəsinin müstəntiqi Famil Həsənovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, qonşular arasında yaranan mübahisə torpaq sahəsi üstündə baş verib.

Rayonun Şıxakəran Kənd sakini 51 yaşlı Kazım Hüseynov mübahisə zəminində həmkəndlisi və qohumu 41 yaşlı İldırım Mirsadıq oğlu Hüseynova bıçaq zərbəsi yetirib. Polis əməkdaşları zərərçəkmişi dərhal təcili tibbi yardım avtomobili ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına gətiriblər.

Bıçaqlanan İldırım Hüseynovun vəziyyəti ağır olduğundan onun üzərində cərrahi əməliyyat aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə