Tovuzda içərisində bir ailənin 5 üzvü olan avtomobil körpüdən aşıb. SİA-nın məlumatına görə, hadisə rayonun Bayramlı kəndi ərazisində baş verib.
Kənd sakini, 1967-ci il təvəllüdlü Qasımov Rəhim Mikayıl oğlu idarə etdiyi "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və kənd ərazisindəki körpüdən çaya aşıb.
Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - Bayramlı kənd sakinləri, 1987-ci il təvəllüdlü Cəfərova Xəyalə Rəşid qızı, 1971-ci il təvəllüdlü Cəfərov Cəmil Kamil oğlu, 1962-ci il təvəllüdlü Cəfərov Rəşid Kamil oğlu və1976-cı il təvəllüdlü Cəfərova Samirə Əli qızı müxtəlif dərəcəlki bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralılardan X.Cəfərovanın vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB