4 otaqlı evdə yanğın

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 96 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. SİA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə