Tovuz rayonunda 9 yaşlı uşaq yük maşınından yıxılaraq xəsarət alıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.
Belə ki, 9 yaşlı Fəqan Xəqani oğlu Həsənov "QAZel" markalı yük avtomobilindən yıxılaraq ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB