Tovuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əsrik Cırdaxan kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxıb və dərəyə yuvarlanaraq çaya düşüb.
Nəticədə 4 nəfər - Tovuz rayon Bayramlı kənd sakinləri - 1978-ci il təvəllüdlü Xəyalə Rəşid qızı Cəfərova, 1971-ci il təvəllüdlü Cəmil Kamil oğlu Cəfərov, 1962-ci il təvəllüdlü Rəşid Kamil oğlu Cəfərov və 1976-cı il təvəllüdlü Samirə Əli qızı Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB